İcra başçısı öldürüldü- FOTO

İcra başçısı öldürüldü-  FOTO
  03 Aprel 2013    Oxunub:1222
Sərkisyan rejimi Proşyan bölgəsinin icra nümayəndəsi Hraç Muradyanın qətlində günahlandırılır.
Proşyan bölgəsinin icra nümayəndəsi Hraç Muradyanın cəsədi tapılıb. İlkin araşdırmalardan sonra polis onun cəsədi üzərində iki güllə izi aşkarlasa da, güllərin özünü tapa bilməyib. Qeyd edək ki, Daşnaksütyun partiyasının üzvü olan Muradyan, Dağlıq Qarabağın işğalında da ön cəbhədə vuruşanlardan biri olub. 2005-ci ildən Proşyan meri olan Muradyanın “Şuşa” batalyonun qurucusu olduğu bildirilir.

İstintaqı davam etdirdiyini deyən erməni polisi kimsənin cəsədə yaxınlaşmasına imkan vermir. Onun öldürülməsinin siyasi səbəblərinin ola biləcəyi istisna edilmir. Belə ki, Muradyanın Qubernator Şahgəldiyanla aralarında mübahisə olduğu bildirilir.

Bununla yanaşı onun qətli Ermənistanda son zamanlar tez-tez müşahidə olunan terror və hazırki rejim əleyhinə təşkil olunan aksiyaların qurbanlarından biri kimi qəbul edilir. Muradyanın hətta hakim rejim tərəfindən “qəsdən aradan götürüldüyü” bildirilir.

Ermənistanın müxalifəti Ermənistan hüquq mühafizə orqanlarından onu öldürənlərin tezliklə tapılaraq cəzalandırılmasını tələb edib. Əks halda Sərkisyan rejimininin cinayətdə əli olduğu sübuta yetmiş olacaq.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti