Deputatlar AŞ PA-da`erməni məsələsi`ni qaldırdı

Deputatlar AŞ PA-da`erməni məsələsi`ni qaldırdı
  08 Aprel 2014    Oxunub:1064

Millət vəkilləri Rafael Hüseynov və Qənirə Paşayeva AŞ Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurtsa sualla müraciət etdilər.

AzVision.az xəbər verir ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun yaz plenar sessiyasında AŞ Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurtsa ünvanladığı sualda "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması məsələsini qaldırıb.

Qeyd edək ki, günün ikinci yarısında Avropa Şurası Nazirlər Komitəsinə sədirlik edən Avstriyanın xarici işlər naziri S.Kurts Assambleya üzvləri qarşısında AŞ NK-nın fəaliyyəti barədə məruzə ilə çıxış edib, sonra Assambleya üzvlərinin suallarını cavablandırıb

R.Hüseynov sualında bildirib: "Cənab nazir, 2001-ci ildən bəri dəfələrlə Assambeyada Ermənistandakı tam köhnəlmiş texnologiyalarla işləyən, bir neçə dəfə qəzaya uğramış, üstəlik seysmoaktiv zonada yerləşən "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması barədə məsələ qaldırılıb. Şəxsən mən bu real təhlükə ilə əlaqədar bir neçə dəfə ayrıca sənədlər hazırlamış, çıxışlar etmişəm. Hələ ki, heç bir nəticə yoxdur. Bölgədə zəlzələlərin son dövrlərdə artması fonunda "Metsamor"da dəhşətli qəzanın baş verməsi ehtimalı mütəxəssislərin qənaətinə görə qaçılmazdır. Qəzanın baş verəcəyi təqdirdə isə yalnız Ermənistan özü, Gürcüstan, Azərbaycan, Türkiyə və digər qonşular deyil, bir sıra başqa Avropa ölkələrində milyonlarla insan da bu nüvə faciəsinin qurbanına çevriləcək. Bu qorxunc problemlə bağlı ən qısa zaman ərzində hansı qabaqlayıcı qəti və konkret tədbirlər görülə bilər?"
AŞ Nazirlər Komitəsinin nüvə enerjisi məsələləri ilə məşğul olmadığını qeyd edən S.Kurts suala Avstriyanın xarici işlər naziri qismində münasibət bildirəcəyini qeyd edib:

"AŞ Nazirlər Komitəsi nüvə energetikası məsələləri ilə məşğul olmadığına görə sualınıza Avstriyanın xarici işlər naziri qismində cavab verəcəyəm. Bizim hamımızın təhlükəsiz şəraitdə yaşama hüququmuz var. Son dövrdə baş verən hadisələr göstərdi ki, nüvə mərkəzləri heç də təhlükəsiz deyil. Ona görə də mən sizin bu narahatlığınızı anlayıram. Məsələn, uzun illərdir, biz öz ölkəmizdə nüvə mərkəzlərini bağlamaq qərarına gəldik və qonşuluğumuzdakı nüvə mərkəzlərindəki təhlükəsizlik qaydaları bizi də narahat edən məsələlərdəndir. Biz indi daha çox yeni enerji vasitələrinə üstünlük veririk. Ümüd edirik ki, gələcəkdə Avropada, ümumiyyətlə, nüvə enerjisindən istifadə edilməyəcək".

Bundan əlavə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Nazirlər Komitəsi sədrinə Dağlıq Qarabağ münaqişəsi, 1 milyon azərbaycanlı qaşqın və məcburi köçkünün 20 ildən artıqdır öz evinə dönə bilməməsi, Ermənistanın mülkü vətəndaşları atəşə tutması, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymaması barədə suallar ünvarlayaraq Nazirlər Komitəsini Ermənistana təzyiq göstərməyə çağırıb.

Millıt vəkili Qənirə Paşayeva deyib: ”Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozaraq menim millet vekili seçildiyim bölgede 9 gün əvvəl mülki vətəndaş Etibar Tağıyevi snayperlerle hedefe alaraq yaralayıblar. Bundan başqa çoxlu sayda sivil insanlar, onların evləri atəşə tutulub və böyük zərər yetirilib və bu kimi hallar tez-tez baş verir. Sedr kimi bu hallara münasibetinizi bimək istərdim.

Eyni zamanda Ermenistanın işğalının davam etmesi üzünden 20 ilden artıqdır ki, evlerine done bilmeyen 100 minlerle azerbaycanlı köşkünler onların pozulan haqlarının müdafiesi ve öz evlerine döne bilmek istiqametinde sizden – AŞ Nazirlər Komitəsindən 1416 saylı qətnamənini yerinə yetirilməsində destek gözleyirler. 9 il əvvəl qəbul edilmiş qətnamənin icra olunması istiqamətində AŞ niyə qəti addımlar atmır? Bu məsələ sizi bir sədr kimi narahat edirmi?”

Nazirlər Komitəsinin sədri Sebestian Kurts millət vəkili Qənirə Paşayevanın suallarına cavab olaraq deyib ki, Daglıq Qarabağ münaqişəsinin həlli çox uzanır və bu münaqişənin öz həllini tapması lazımdır. “Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, haqlısınız, bu münaqişə uzun zaman sürür və bunun həlli hamımız üçün olduqca vacibdir. Bilirəm ki, ATƏT-in Minsk qrupu bu yöndə öz işini davam etdirir və məndə olan məlumatlara görə yaxınlarda hər iki ölkənin prezidentləri səviyyəsində görüşün təşkil olunması prosesi gedir.

Hər iki ölkənin xarici işlər naziri mütəmadi olaraq təmasdadılar və biz də bu görüşlərin Vyanada keçirilməsi üçün daima hazırıq. Biz də öz növbəmizdə bu danışıqlara, sülh həllinin tapılması istiqamətində öz töhvəmizi verməyə hazırıq. Burada yeganə məqsəd bu münaqişəyə mükün qədər tez bir zamanda son qoymaqdır”.


Teqlər:





Xəbər lenti