TQDK 49 min abituriyenti sınağa çəkdi

TQDK 49 min abituriyenti sınağa çəkdi
  07 Aprel 2014    Oxunub:993
TQDK aprelin 6-da sınaq imtahanı keçirib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, TQDK aprelin 6-da qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün sınaq imtahanı keçirib. İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Qazax, Tovuz, Mingəçevr, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Qubada ümumilikdə 62 binada təşkil olunub.

İmtahan bütün binalarda saat 10:00-da başlanmış və 3 saat ərzində aparılmışdır.

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərmiş və imtahan prosesi nəzarətdə saxlanılıb.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilmişdir. İlkin statistik məlumatlara əsasən, imtahanda 49000-dən artıq abituriyent iştirak edib.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti