AMEA-da seçkilər keçirilir

AMEA-da seçkilər keçirilir
  07 Aprel 2014    Oxunub:962
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 11 həqiqi və 23 müxbir üzv yerinə seçki elan edib.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, RH-nin qərarı ilə seçkilərlə əlaqədar komissiya yaradılıb. Komissiya ilkin lazımi işləri yekunlaşdırıb və bundan sonra AMEA-nın həqiqi və müxbir üzvlüyünə irəli sürülən namizədlərin sənədlərinin qəbulu, onların elmi-texniki və hüquqi ekspertizası ilə məşğul olacaq.

Komissiyanın sədri Akademiyanın Elmi-Təşkilat İdarəsinin rəisi, texnika elmləri doktoru Əminağa Sadıqovdur. Tərkibi isə hüquq, təhsil və kadrlar şöbələrinin rəisləri, həmçinin bölmələrin elmi katiblərindən ibarətdir.


Teqlər:





Xəbər lenti