Türkiyə və İsrail XİN rəhbərləri 13 ildən sonra ilk dəfə danışıblar

   Türkiyə və İsrail XİN rəhbərləri 13 ildən sonra ilk dəfə danışıblar
  22 Yanvar 2022    Oxunub:1160
Türkiyə və İsrail xarici işlər nazirləri 13 ildən sonra ilk dəfə bir-biri ilə telefonla danışıblar.
AzVision.az “Yerusəlim Post”a istinadla xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə axşamı İsrailin xarici işlər naziri Yair Lapidə zəng edib.

Bu, son 13 ildə ölkələrin yüksək səviyyəli diplomatları arasında ilk zəng olub. İsrail tərəfindən verilən məlumata görə, Çavuşoğlu COVID-19 testinin nəticəsi müsbət çıxan Lapidə şəfa diləyib. Bu zəng iki ölkə arasında son zamanlar qarşılıqlı dostluq mesajlarının verilməsi fonunda baş tutub.


AzVision.az



Teqlər: Türkiyə   İsrail  





Xəbər lenti