"2147 şəxsin Azərbaycana readmissiyası nəzərdə tutulub" - Vüsal Hüseynov

   "2147 şəxsin Azərbaycana readmissiyası nəzərdə tutulub" -    Vüsal Hüseynov
  18 Yanvar 2022    Oxunub:1148
“Son bir ildə 420 şəxs readmissiya olunub. Onlar müxtəlif vaxtlarda çarter reyslərlə ölkəyə gətirilib".
AzVision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2021-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə əvvəlki dövrlə müqayisədə readmissiya edilənlərin sayında 2,9 dəfə artım olub: "2014-cü ildən bu günə kimi ümumilildə 2013 nəfərin readmissiyası həyata keçirilib. Bu il üçün 2147 şəxsin də readmissiyası nəzərdə tutulub”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Readmissiya  





Xəbər lenti