Arazdəyən-Horadiz yolunun bərpası üzrə işçi qrup yaradıldı

   Arazdəyən-Horadiz yolunun bərpası üzrə işçi qrup yaradıldı
  14 Yanvar 2022    Oxunub:151
Ermənistanın Baş naziri Nikol Paşinyan Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpası ilə məşğul olacaq işçi qrupun yaradılması haqqında qərar imzalayıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qərara əsasən, işçi qrupuna 10 nəfər daxil olacaq. İşçi qrupun rəhbəri vəzifəsinə Ermənistanın İrandakı keçmiş səfiri, hazırda baş nazirin müşaviri Artaşes Tumanyan təyin edilib.

O, görülən işlərlə bağlı rüblük hesabat təqdim etməlidir.

AzVision.az

Teqlər:







Xəbər lenti