Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb
  14 Yanvar 2022    Oxunub:155
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az - a verilən məlumata görə, bir gündə 28 613 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 702, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 939, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 972 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 621 120, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 195 727, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 709 352, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 716 041 təşkil edir.

AzVision.az

Teqlər:







Xəbər lenti