Avropa Birliyinin səfiri: `Azərbaycana böyük önəm veririk`

Avropa Birliyinin səfiri: `Azərbaycana böyük önəm veririk`
  04 Aprel 2014    Oxunub:983
“Avropa Azərbaycana enerji tərəfdaşı kimi böyük önəm verir. Biz həmçinin Azərbaycandakı makroiqtisadi sabitlik haqda məlumatlıyıq. Avropa Birliyi bundan sonra da Azərbaycanla bütün sahələrdə əlaqələri inkişaf etdirmək niyyətindədir. Bu açıq dialoqa əsaslanmalıdır”.
Bunu Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələrilə əməkdaşlığının yekunlarına dair hesabatına həsr olunmuş brifinqdə Avropa Birliyinin Azərbaycandakı səfiri Malena Mard deyib.

Onun sözlərinə görə, bu ilin yayında Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsi, habelə readmissiya haqqında sazişlər qüvvəyə minəcək. O, həmçinin dünən Avropa Birliyində Şengen vizasının verilməsi prosedurunun asanlaşdırılması ilə bağlı təklifin irəli sürüldüyünü qeyd edib.

Səfir qeyd edib ki, hesabatda korrupsiyaya qarşı mübarizəyə dair milli proqramın icrası təklif olunur: “Biz “ASAN Xidmət”in uğurlu fəaliyyətini nəzərə alırıq. Həmçinin yaxşı idarəetmə və demokratiyanın vacibliyini vurğulamışıq”.


Teqlər:





Xəbər lenti