Ramil Usubov türk generalı qəbul edib

Ramil Usubov türk generalı qəbul edib
  03 Aprel 2014    Oxunub:907
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdet Özel ilə görüşüb.
DİN mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumata görə, daxili işlər naziri iki dost və qardaş ölkənin daxili işlər orqanları arasında mövcud olan işgüzar əlaqələrdən, Türkiyə Jandarm Komandanlığının Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına göstərdiyi maddi-texniki yardımdan, kadr hazırlığı sahəsindəki rolundan bəhs etmiş, qonağın bundan öncə Türkiyə Jandarm Quvvələrinin Baş Komandanı vəzifəsində çalışdığı zaman sözügedən məsələyə xüsusi həssaslıqla və diqqətlə yanaşmasını məmnunluqla xatırladaraq göstərilən hərtərəfli dəstəyə və yardıma görə Türkiyə tərəfinə, şəxsən cənab Necdet Özelə minnətdarlığını bildirib.

Ramil Usubov bu səfərin əlaqələrimizin inkişafına təkan verəcəyinə, iki qardaş dövlətin müvafiq qurumları arasında əməkdaşlığın potensial imkanlarından bundan sonra da səmərəli istifadə olunacağına əminliyini ifadə edib.

Daha sonra nazir kriminogen durum barədə qısa məlumat verib, problemlərə toxunan Ramil Usubov transmilli mütəşəkkil cinayətkarlığın bütün forma və təzahürlərirnə, o cümlədən terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və insan alveri ilə yalnız birgə səylərlə mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdet Özel dost və qardaş Azərbaycanda yenidən olduğundan məmnunluğunu bildirib.


Teqlər:





Xəbər lenti