“WhatsApp”da rekord qeydə alınıb

“WhatsApp”da rekord qeydə alınıb
  03 Aprel 2014    Oxunub:1661
“WhatsApp” populyar messencerində istifadəçilərinin fəallığını göstərən yeni rekord qeydə alınıb. Bu barədə xidmətin nümayəndələri rəsmi “Twitter” mikrobloqunda xəbər veriblər.
Məlumatlara əsasən, “WhatsApp” istifadəçiləri bir gündə 64 milyard mesaj göndəriblər ki, mesajların da 44 milyardı göndərilən, 20 milyardı isə gələnlərdir.

Xatırladaq ki, “WhatsApp”in aktiv istifadəçilərinin aylıq auditoriyası 465 milyonu ötür. Müqayisə üçün, “Viber”dən 300 milyon insan istifadə edir.


Teqlər:  





Xəbər lenti