Vəzifəli məmurun adı rüşvət qalmaqalında

Vəzifəli məmurun adı rüşvət qalmaqalında
  02 Aprel 2013    Oxunub:1262
Rusiyanın Vladimir bölgəsində türkiyəli biznesmen korrupsiya faktında şübhəli bilinərək əvvəlcə nəzarət altına alınıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, iş adamı Rusiyanın vəzifəli məmuruna rüşvət verərkən cinayət başında yaxalanıb.

Rusiya istintaq Komitəsi və bölgə səlahiyyətlilərinin ortaya çıxardığı faktlar nəticəsində, dövlətin səlahiyyətli məmuruna rüşvət vermək faktı ilə əlaqədar cinayət işi açılıb.

Qeyd edək ki, istintaqın gedişi zamanı, türkiyəli biznesmen cərimə olunaraq Rusiya sərhədinin hüdudlarından xaric edilməsi ilə bağlı qərar qəbul olunub.

Mirvari



Teqlər:  





Xəbər lenti