“Türkiyə də üzr istəsin”

  02 Aprel 2013    Oxunub : 477
“Türkiyə də üzr istəsin”
İsrailin iqtidar yönümlü Likud Partiyasından olan millət vəkili Moşe Feiqlin 1942-ci ildə batan və 800 yəhudi qaçqının ölümünə səbəb olan Struma gəmisi hadisəsi ilə bağlı Türkiyəni üzr istəməli olduğunu deyib.
Facebook səhifəsinə yazdığı qeyddə deputat, İsrail dövləti qurulmazdan öncə yaşanan hadisədə yəhudi qaçqınları daşıyan gəminin rəsmi Ankaranın etinasızlığı ucbatından batdığını və Türkiyənin ölən yəhudilərə görə üzr istəməli olduğunu bildirib.

Qeyd edək ki, II Dünya Müharibəsi zamanı nasistlərdən qaçan yəhudiləri Fələstinə aparmaq üçün Rumıniyadan yola çıxan Struma gəmisi İstanbul sahillərində bir sovet dənizaltısı tərəfindən batırılıb. Boğaz sularında mühərrikində nasazlıq yaranan və sərnişinlərinə quruya çıxmağa icazə verilməyən gəminin batırılması nəticəsində 786 nəfər həlak olub. Strumanın batışı II Dünya Müharibəsinin dənizdə ən böyük insan itkisinə yola açan faciə kimi tarixə düşüb.

Teqlər: