Mediasiya Şurasında mühüm dəyişikliklər olub

Mediasiya Şurasında mühüm dəyişikliklər olub
  04 Dekabr 2021    Oxunub:2051
Mediasiya Şurasının Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib. İclasda Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının Mediasiya Şurasına ünvanladığı müraciətə baxılıb.
Mediasiya xidmətləri və məhkəmə fəaliyyəti arasında səmərəli koordinasiyanın həyata keçirilməsi, bu sahədə vətəndaş məmnunluğunun təmini, mediasiya və məhkəmə istifadəçilərinin münasibətlərinin sağlam meyarlar üzərində qurulması, ümumilikdə, Şuranın fəaliyyətinə dəstək məqsədilə Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının Şuranın təsisçiləri sırasına qəbul edilməsi qərara alınıb.

Eyni zamanda, Yusif Asif oğlu Allahverdiyevin öz arzusu ilə Mediasiya Şurasının İdarə Heyətinin üzvlüyünə xitam verilib.

İclas zamanı ölkəmizdə mediasiyanın inkişaf etdirilməsi ilə əlaqədar qarşıda duran mühüm vəzifələrin və tapşırıqların sistemli icrasının təşkili, geniş spektrli iş yükünün bölüşdürülməsinin təmini məqsədilə Şuranın İdarə Heyətinin 5 mediatordan ibarət tərkibdə müəyyən edilməsi ilə bağlı dəyişikliklər də qəbul edilib. Dəyişikliklər müvafiq qeydiyyat orqanı tərəfindən qeydə alındıqdan sonra növbəti ildə keçiriləcək Mediasiya Şurasının Ümumi Yığıncağının növbədənkənar iclasında İdarə Heyətinə digər iki üzvün seçilməsi məsələsinə baxılacaq.

Yusif Allahverdiyevin Mediasiya Şurasının İdarə Heyətinin üzvlüyünə xitam verildikdən sonra boş qalan yerə mediator, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Sima Yaqubova seçilib.

Mediasiya Şurasının Ümumi Yığıncağının növbədənkənar iclasında mediatorlardan ibarət Say Komissiyasının üzvləri və sədri seçilmişdir. Komissiyanın sədri Günel Sadıqova, üzvləri Araz Yusifov, Esmira Hüseynova, Leyla Nəsibova, Elçin Həsənov seçilib. Say Komissiyasının hesabalamalarına görə, açıq prinsiplərlə və şəffaf səsvermə üsulu ilə təşkil edilən iclasda qərarlar yekdilliklə və səs çoxluğu ilə qəbul edilib.

İclasda Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov, Mediasiya Şurasında təlim qurumu kimi təmsil olunan Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov fikirlərini bölüşüblər.

AzVision.az



Teqlər: Mediasiya  





Xəbər lenti