"Ərdoğan Putinlə danışacaq" - Peskov

"Ərdoğan Putinlə danışacaq" -    Peskov
  02 Dekabr 2021    Oxunub:485
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı planlaşdırılır. İki lider dekabrın 3-də danışa bilərlər.
AzVision.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, telefon danışığı zamanı Ukrayna məsələsi danışıla bilər:

“Əgər Türkiyə Prezidenti Ərdoğan bu məsələni açsa, o zaman məsləhətləşmələr aparıla bilər. Ərdoğanın regional və beynəlxalq məsələlərin bir çox aspektlərinə əhəmiyyətli təsiri var. Əgər o, bu təsirindən Kiyevlə bağlı Minsk və Parisdə əldə olunan razılaşmaları həyata keçirmək üçün istifadə edə bilsə, Rusiya bunu alqışlayar”.

AzVision.az

Teqlər: Ərdoğan   Putin  







Xəbər lenti