Lavrov: “Minsk qrupu Rusiyanın vasitəçiliyini alqışlayır”

      Lavrov:    “Minsk qrupu  Rusiyanın vasitəçiliyini alqışlayır”
  02 Dekabr 2021    Oxunub:1415
Rusiyanın Qarabağda münaqişənin tənzimlənməsində vasitəçiliyi ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri tərəfindən alqışlanır.
AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ATƏT-in xarici işlər nazirlərinin yığıncağı çərçivəsində jurnalistlərə açıqlamasında Rusiyanın xarici İşlər naziri Sergey Lavrov deyib.

- ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri kimi Rusiya, ABŞ və Fransanın xarici işlər nazirləri Qarabağ tənzimlənməsi üzrə, digər müddəalarla bərabər Rusiya Federasiyasının vasitəçilik səylərinin də alqışlandığı vurğulanan bəyanat qəbul ediblər, - deyə Sergey Lavrov vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   XİN   Qarabağ  





Xəbər lenti