Vertolyot qəzalarına ən çox insan amili səbəb olur – Hərbi ekspert

   Vertolyot qəzalarına ən çox insan amili səbəb olur –    Hərbi ekspert
  02 Dekabr 2021    Oxunub:849
“Təəssüflər olsun ki, aviasiya həmişə təhlükəli nəqliyyat növü olub, qalır və qalacaq. Odur ki, zaman-zaman insan tələfatına səbəb olan faciələr baş verir. Burada səbəblər həm obyektiv, həm də subyektivdir. Ancaq hər şeydən əvvəl sadə həqiqəti söyləmək lazımdır: təyyarə və helikopter nə qədər çox uçursa, qəza riski bir o qədər artır”.
Bu sözləri AzVision.az -a ukraynalı hərbi ekspert Mixail Jiroxov deyib. O, bildirib ki, son dövrlərin vertolyot qəzalarının ən çox yayılmış səbəblərindən birincisi insan amilidir:
Son 10 ilin “Mi-17” qəzaları – Araşdırma
- Burada texnikin aqreqatın yerdə yoxlanmamasından tutmuş, ekipaj komandirinin yorğunluğuna qədər hər şey səbəb ola bilər. Uçuşlara formal olaraq icazə verən tibbi komissiya olsa da, döyüş, yaxud təlim şəraitində pilotun neçə saat yatdığına, həmin gün havada nə qədər vaxt keçirdiyinə o qədər də diqqət yetirən olmur. “Lazımdır, vəssalam”. Nəticədə diqqətin zəifləməsi, əhəmiyyətsiz görünən bir səhv fəlakətə səbəb olur.

Ekspertin sözlərinə görə, ikinci yerdə texnoloji nasazlıqlar dayanır. Bu, öz helikopterlərini istehsal etməyən və Sovet İttifaqından miras qalmış maşınlardan istifadə etməyə, onları təmir edib modernləşdirməyə məcbur olan Ukrayna üçün çox aktualdır. Maşınlar yeni olmadığından qəzalar ən gözlənilməz yerlərdə və şəraitdə baş verir.

- Hesab edirəm ki, bu amil Azərbaycan üçün az xarakterikdir, çünki ölkəniz müntəzəm olaraq istehsalçıdan yeni avadanlıq alır və ona istehsalçı ilə birlikdə xidmət göstərir. Ancaq bu amili nəzərə almamaq olmaz. Ümumiyyətlə, hər bir hal unikaldır və istintaq zamanı məlum olur ki, faciəyə gətirib çıxaran bir yox, eyni anda bir neçə faktor olur”, - ukraynalı hərbi ekspert bildirib.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az

Teqlər:   Qəza  







Xəbər lenti