Digər planetlərində top yerə neçə saniyəyə düşür? – Elmi animasiya

 Digər planetlərində top yerə neçə saniyəyə düşür? –  Elmi animasiya
  05 Dekabr 2021    Oxunub:510
Planetoloq alim, doktor Ceyms O’Donahyu Günəş sisteminə aid müxtəlif səma cisimlərinin səthində obyektin (topun) necə düşməsini əks etdirən animasiya hazırlayıb. O, göstərib ki, Günəşin, Yerin, Sereranın, Yupiterin, Ayın, Plutonun və digər səma cismlərinin səthində 1 kilometr yuxarıdan buraxılmış top yerə necə düşərdi. Animasiya hazırlanarkən havanın müqaviməti nəzərə alınmayıb.
Yer Kürəsində 1 km. hündürlükdən buraxılmış top planetin səthinə 14,3 saniyəyə düşürsə, Günəşdə bunun üçün 2,7 saniyə tələb olunur. Saturnda həmin vaxt 13,8, Uranda 15 saniyədir.



- Uran Yerdən böyük olsa da, topu Yerdən daha zəif cəzb edir. Niyə? Çünki bu planetin sıxlığı Yerdən azdır. Oxşar fikri Marsla Merkurinin müqayisəsi haqqında da deyə bilərik. Mars Merkuridən iki dəfə böyük olsa da, Merkurinin sıxlığı daha çoxdur, - O’Donahyu deyib.

Günəş sistemində topla oynamaq baxımından ən maraqsız yerlər Pluton və Sereradır. Onların səthində top yerə 56,7 və 84,3 saniyəyə düşərdi.

Samir Quliyev
AzVision.az

Teqlər: Elm   Astronomiya  







Xəbər lenti