Suriya sahillərindəki daşlar əslində yəhudi casusları imiş! Belə ki, İsrailin xüsusi xidmət orqanları sahil daşlarının içində kəşfiyyat avadanlığı quraşdıraraq, onların köməyilə Suriya sahillərindəki Rus donanmasını izləyirmiş.
Daşların “əldə etdiyi” informasiya peykə, oradan isə İsrail kəşfiyyatının qərargahına ötürülürmüş. Yerli balıqçıların sahildəki daşların qeyri-adiliyindən şübhələnməsi yəhudi kəşfiyyatının bu sirrinin üstünün açılmasına imkan verib.