İlham Əliyev Ermənistanın baş naziri ilə Soçidə görüşəcək?

   İlham Əliyev Ermənistanın baş naziri ilə Soçidə görüşəcək?
  22 Noyabr 2021    Oxunub :772
Ermənistan hökuməti Azərbaycan prezidenti İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında görüş təşkil etmək üçün müxtəlif variantları və formatları müzakirə edir.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Vaan Hunanyan yerli KİV-də Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə noyabrın 26-da Soçidə İlham Əliyevlə Paşinyan arasında mümkün görüş barədə yazılanları şərh edərkən bildirib.

“Əvvəllər də qeyd etdiyimiz kimi, müxtəlif formatlarda müxtəlif görüşlərin keçirilməsi ilə bağlı təkliflər müzakirə olunur. Vaxt və formatlarla bağlı razılıq əldə edildikdə, biz əvvəlcədən məlumat verəcəyik”.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla noyabrın 19-da telefon danışıqları baş tutub. Aİ Şurasının Prezidenti bu il dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində hər iki ölkə liderinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib. Hər iki tərəf Aİ-nin vasitəçiliyi ilə iki ölkə liderinin görüşünün təşkili təklifinə razılıq verib.

AzVision.az


Teqlər: İlham-Əliyev  







Xəbər lenti