İlham Əliyev İrana səfər edəcək

İlham Əliyev İrana səfər edəcək
  30 Mart 2014    Oxunub:914
Azərbaycan respublikasının prezidenti Həsən Ruhanin dəvəti ilə aprelin sonlarında İran İslam Respublikasına səfər edəcək
AzVision.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev aprel ayında İrana səfər edəcək. Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin məlumat verib.

O, İran mətbuatına açıqlamasında bildirib ki, İlham Əliyev İran prezidenti Həsən Ruhaninin dəvəti ilə aprelin sonlarında İrana səfər edəcək.

Möhsün Pakayin sözlərinə görə, görüşdən bir ay sonra iki ölkənin iqtisadi komissiyalarının iştirakı ilə birgə iclas keçiriləcək. Həmçinin səfir vurğulayıb ki, sərhəddə yerləşən şəhərlər arasında olan əlaqələrin gücləndirilməsi İranın Azərbaycandakı səfirliyinin qarşısında duran əsas vəzifədir.



Teqlər:





Xəbər lenti