ASAN Xidmət “AmCham”ın hesabatında

ASAN Xidmət “AmCham”ın hesabatında
  28 Mart 2014    Oxunub:1243
Azərbaycan-Amerika Ticarət Palatası ("AmCham") 2013-ci il üçün hesabatını açıqlayıb.

AzVision.az-ın məlumatına görə, hesabatda “AmCham” üzvləri Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmiləri, eləcə də Azərbaycan Hüquqşünasları Konfederasiyasının və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin iştirakı ilə keçirilən görüşlər öz əksini tapıb.

Bildirilib ki, tədbirin məqsədi üzvlərin dövlət rəsmilərindən son dəyişikliklər və onların icra mexanizmləri barədə məlumat almasıdır. Tədbir öz məqsədinə nail olub və hökumət rəsmiləri mühüm sualların əksəriyyətinə cavab verib.

2013-cü il may ayından etibarən, “AmCham” miqrasiya qanunverciliyi üzrə aparılacaq islahatlar üzrə intensiv işlərə başlayıb, o cümlədən, üzvlərimizi yeni miqrasiya məcəlləsinin təsirləri barədə məlumatlandırmaq və dəyişikliklərin praktiki təsirlərinin təfərrüatı təhlilini bölüşmək üçün “EKVİTA” hüquq və vergi xidmətləri şirkəti ilə birgə “qəbul olunacaq Miqrasiya Məcəlləsi” mövzusunda seminar təşkil edib; məcəllənin layihəsi üzrə Rəy Sənədi hazırlanıb və müvafiq hökumət orqanları ilə bir sıra görüşlər keçirərək öz mövqeyini ifadə edib.

Dəyişikliklərlə bağlı müxtəlif suallara cavab tapmaq üçün “AmCham” Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) ilə birgə “Miqrasiya sahəsində hazırkı və gələcək islahatlar” adlı tədbir təşkil edib. Tədbir “AmCham” üzvləri və ASAN Xidmət (Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi) və Dövlət Miqrasiya Xidmətinin rəsmiləri arasında görüş formasında təşkil edilib. Tədbirdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, ASAN Xidmətin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Azad Cəfərli və Dövlət Miqrasiya Xidmətinin yüksək vəzifəli rəsmiləri iştirak ediblər.

Azərbaycanın əczaçılıq bazarını saxta məhsullardan və qanunsuz paralel idxaldan qorumaq məqsədi ilə “AmCham” Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyinə müraciət ünvanlayıb. Mart ayının 5-də “AmCham” Gömrük Sahəsində Hüquq Pozuntularına Qarşı Mübarizə Baş İdarəsinin rəisi genral-mayor Güloğlan Muradlı ilə görüşərək hazırki vəziyyəti müzakirə edib. Hər iki tərəf, saxta dərmanların bazara qanunsuz yollarla gətirilməsinə qarşı mübarizənin davam etdirilməsinin son dərəcə mühüm olduğu ilə razılaşıb. Səhiyyə Nazirliyinə müraciətində “AmCham” bu cür məhsulların məhdudlaşdırılması üzrə tədbirlərin daha ciddi həyata keçirilməsi barədə istəyini ifadə edib. “AmCham”, bunun nəticəsi olaraq müvafiq nazirliklərin yanaşmasının dəyişdiyini və əczaxanaların daha ciddi yoxlanıldığını məmnunluqla müşahidə edib.


Teqlər:  





Xəbər lenti