Axmaqların saxtakarlığı: Ermənilər Mehmandarovların mülkündə “iz qoymağa” belə cəhd ediblər – FOTOLAR

  Axmaqların saxtakarlığı:  Ermənilər Mehmandarovların mülkündə “iz qoymağa” belə cəhd ediblər –    FOTOLAR
  27 Oktyabr 2021    Oxunub :1836
Ermənilər regionda avtaxtonluqlarını sübut etmək üçün illər boyu dəridən-qabıqdan çıxaraq, müxtəlif, hətta absurd üsullara əl atıblar. Bu çirkin izlərə Qarabağın və azad olunmuş digər ərazilərimizin istənilən hissəsində rast gəlmək mümkündür. Mədəni və tarixi irsimizi - əslində isə milli identifikasiya nişanələrimizi məhv edən düşmən əvəzində özünün saxta izlərini qoymağa çalışıb.

İşğal illəri ərzində mədəniyyət paytaxtımızın düşmən tərəfindən simasızlaşdırılması, sterilləşdirilməsi cəhdlərinə Şuşanın hər addımında rast gəlmək mümkündür. Gəncə qapısının arxasında yerləşən və 1854-cü ildə Rəsibala Zəkəriya oğlunun vəsaitinə tikilən Şor bulağın sütun və divarlarındakı daşlarda həkk olunan kitabələrdəki dua və yazıların vəhşicəsinə məhvindən tutmuş, ermənilərin tarixi binalarımıza etdiyi absurd arxitektur müdaxilələrə qədər hər şey insana sarsıdıcı təsir bağışlayır.



Vətən müharibəsinin son günlərində Ermənistanın Şuşaya atdığı "İsgəndər" raketlərinin biri general Səməd bəy Sadıx bəy oğlu Mehmandarovun (1855-1931) ata ocağının yerləşdiyi məkanın yaxınlığına düşərək, Mehmandarovların imarətini ciddi şəkildə zədələyib. Xoşbəxtlikdən, raketin düşdüyü ərazinin relyef xüsusiyyətinə görə partlayış dalğası evin yalnız dam və eyvanına təsir edib.



Şuşa azad olunandan dərhal sonra Azərbaycan höküməti tarixi tikilini bərpa etmək, onu ilkin halına qaytarmaq işlərinə start verir. Bu zaman məlum olur ki, Mehmandarovların ata ocağında düşmən nəinki "sterilləşdirmə" işləri aparıb, eyni zamanda, divarlardakı suvağın altına müxtəlif yazılar yerləşdirib ki, zamanı gələndə Şuşanın "qədim hay" şəhəri olduğunu "sübut" edə bilsin...



Orijinal kərpic divarın və taxta arakəsmələrin üzərindən ermənilər tərəfindən vurulmuş suvaq və qalın alçının altından çıxan çoxlu kağız və fotoşəkillər Azərbaycan restavratorlarını sözün əsl mənasında şoka salıb. Əksəriyyəti Roza Serobyan adlı erməni tərəfindən 2015-ci ilin divar təqviminin vərəqləri üzərində yazılmış bu kağızlarda: "1816 - Zeytun üsyanı, 1890 - Ərzurum qətliamı..." (Osmanlı İmperiyası dönəmindəki erməni separatçılığı və qondarma “soyqırım” iddiası) və s. qeyd olunub.



Divarlardan çıxan kağızların arasında terrorçu "Daşnaktsütun" Erməni İnqilab Federasiyasına aid və qədim erməni dili - qrabarda yazılmış "Birlik haqqında düşüncələr" kitabının üz qabığı, Qarabağda separatçı hərəkatın 80-ci illərdəki fəaliyyətinə dair fotoşəkilər və s. materiallar aşkarlanıb.



Hans Kloss
Xüsusi olaraq AzVision.az üçün

Teqlər: Şuşa   Erməni-saxtakarlığı  







Xəbər lenti