“ASAN xidmət” mərkəzində təlim keçirilib

“ASAN xidmət” mərkəzində təlim keçirilib
  25 Oktyabr 2021    Oxunub:535
Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə Asan könüllüləri arasında “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” adlı təlim keçirilib.
Bu barədə AzVision.az -a Dövlət Komissiyasının İşçi qrupundan məlumat verilib. Təlimdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsindən, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsullarından və zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərlərin acı fəsadları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında diskussiya aparılıb.

Eyni zamanda tədbir iştirakçıları zəruri təbliğat materialları ilə təmin olunublar. Görülən işlərin davamlılığını təmin etmək məqsədi ilə bu kimi təlimlərin digər Asan könüllülər arasında keçirilməsi nəzərdə tutulur.

AzVision.az


Teqlər: Təlim  





Xəbər lenti