Azərbaycanlı nazir ABŞ universitetində

Azərbaycanlı nazir ABŞ universitetində
  26 Mart 2014    Oxunub:895
Azad Rəhimov Columbia Universitetində keçirilən konfransda əsas spiker kimi çıxış edib
Gənclər və İdman Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri davam edən gənclər və idman naziri Azad Rəhimov dünyanın aparıcı və ən qədim universitetlərindən biri olan Kolumbiya Universiteti ilə BMT Baş katibinin gənclər üzrə elçisinin ofisinin keçirdiyi gənclər konfransında çıxış edib.

"Gənclərin rast gəldiyi marqinalizasiya və qeyribərabərlik" (Marginalization and Inequalities Youth Face) mövzusunda keçirilən konfrans nüfuzlu akamedik və professorları, bir sıra dövlət və beynəlxalq təşkilatların nümayəndələrini, aparıcı Amerika və Avropa universitetlərinin tələbə və fəal gənclərini bir araya gətirib. Öz çıxışında Nazir bu cür tədbirlərin keçirilməsini dəstəklədiyini bildirib, Azərbaycan gənclər siyasəti modeli, onun prioritet və nailiyyətləri haqqında geniş məlumatı təqdim edib. Eyni zamanda, nazir oktyabr ayında Bakıda ilk dəfə keçiriləcək "Gənclər siyasəti üzrə I Qlobal Forum", o istiqamətdə görülən işlər haqda danışıb, görüş iştirakçılarını Bakı Forumuna dəvət edib. Azad Rəhimov: "Bakıda ilk dəfə olaraq keçiriləcək "Gənclər siyasəti üzrə I Qlobal Forum"unda 700 nəfər ekspert, dövlət, regional və beynəlxalq təşkilatları, eləcə də gənclər təşkilatların nümayəndələrinin iştirakı gözlənilir. Biz sizin hər birinizi Forumda görməkdən şad olarıq. "

"Gənclər siyasəti üzrə I Qlobal Forum"un Bakıda keçirilməsi təşəbbüsü konfransda iştirak edən BMT-nin Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehin tərəfindən də böyük maraqla qarşılanıb. Babatunde Osotimehi: "Mən sevinirəm ki, Azərbaycanda gənclərə sərmaye qoyulur. Bu, o deməkdir ki, siz həm öz gələcəyinizə, həm gənclərin gələcəyinə inanırsız."
Çıxışdan sonra gənclər və idman naziri cənab Azad Rəhimov Kolumbiya Universitetinin muzeyinə Azərbaycan xalça nümunəsini hədiyyə olaraq təqdim etdi. Səfər çərçivəsində nazir Azad Rəhimov eyni zamanda "Gənclərin potensialının reallaşdırılması və imkanların yaradılmasında BMT-nin rolu" (The role of UN in realizing the potential and meeting the challenges of empowering youth) adı altında keçirilən panelində də çıxış edib. Nazir BMT-nin baş katibi cənab Ban Ki-munun elan etdiyi "gənclər üçün və gənclər ilə iş" prinsipinin müasir gənclər siyasətində önəmli yer tutmasını qeyd edib, Azərbaycanda bu sahədə bir sıra nailiyyətlərin olmasını xüsusi vurğulayıb.

Qeyd edək ki, 24-25 mart 2014-cü il tarixlərdə gənclər və idman naziri cənab Azad Rəhimov Kolumbiya Universiteti ilə BMT Baş katibinin gənclər üzrə elçisinin ofisinin birgə keçirdiyi "Gənclərin rast gəldiyi marqinalizasiya və qeyribərabərlik" adlı konfransda dəvət edilmiş əsas spikerlərdən biri kimi çıxış etmişdir. Konfransdan sonra Nazir BMT-nin İnkişaf Proqramının (UNDP) baş administratorunun müavini, Şərqi Avropa və MDB Departamentinin direktoru xanım Cihan Sultanoğlu ilə görüşüb. Görüşdə xanım Direktor Azərbaycanda dəfələrlə səfərdə olduğunu və ölkədə böyük inkişafın müşahidə etdiyini söyləyib. Bundan irəli gələrək, o, "Gənclər siyasəti üzrə I Qlobal Forum"un Bakıda keçirilməsini alqışlayaraq, Forumda mütləq iştirak edəcəyini də qeyd edib.


Teqlər:





Xəbər lenti