Qara dənizdə insident: Rus qırıcıları ABŞ təyyarələrini sərhəddən uzaqlaşdırıb

    Qara dənizdə insident:    Rus qırıcıları ABŞ təyyarələrini sərhəddən uzaqlaşdırıb
  20 Oktyabr 2021    Oxunub:1651
Rusiya ilə ABŞ arasında növbəti təyyarə qalmaqalı yaşanıb. AzVision.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Qara dənizdə insidentin baş verməsi barədə xəbər yayıb.
Bildirilir ki, Rusiyanın Su-30 qırıcıları ABŞ-a məxsus "B-1B" bombardmançı və "KS-135" yanacaq dolduran təyyarələrini müşayiət ediblər.

- Hərbçilər Qara dəniz üzərində Rusiyanın dövlət sərhədinə yaxınlaşan hava hədəfləri aşkar ediblər. Hava hədəflərini müəyyən etmək və Rusiya Federasiyasının dövlət sərhədinin pozulmasının qarşısını almaq üçün Qara dəniz Donanmasının dəniz aviasiyası və hava hücumundan müdafiə qüvvələrinin iki Su-30 qırıcısı havaya qaldırılıb-nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Təyyarə  





Xəbər lenti