“Facebook”un adı dəyişdirilir

   “Facebook”un adı dəyişdirilir
  20 Oktyabr 2021    Oxunub:1518
Dünyanın ən məşhur sosial media platformalarından biri olan “Facebook” şirkəti adını dəyişdirməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə "The Verge" nəşri məlumat yayıb.

Qeyd olunub ki, "Facebook"un baş direktoru Mark Zukerberq oktyabrın 28-də keçiriləcək konfransda şirkətin yeni adını açıqlayacaq. Lakin adın bundan daha tez açıqlana biləcəyi də istisna edilmir.

Hazırda dünyada "Facebook" istifadəçilərin sayı 2 milyard nəfərdən çoxdur. "Facebook" şirkəti eyni adlı sosial şəbəkə ilə yanaşı, "Instagram", "WhatsApp" və "Oculus"a sahibdir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Facebook  





Xəbər lenti