Cəbrayılda dostluq meşəsi salınacaq

   Cəbrayılda dostluq meşəsi salınacaq
  16 Oktyabr 2021    Oxunub:1219
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin bizə böyük dəstəyi ilə Cəbrayıla dostluq meşəsinin və tinglik təsərrüfatının salınması nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, bunu Zeytun bağına mediatur zamanı jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. O bildirib ki, regionda analoqu olmayan böyük təlim-tərbiyə müəssisəsinin yaradılması nəzərdə tutulub:

"Burada meşə mütəxəssisləri hazırlanacaq, eyni zamanda ixtisas artımı və digər kompleks tədbirlər həyata keçiriləcək. Ümumilikdə Cəbrayılda və digər yerlərdə işlərə başlamışıq. Yaz-əkin mövsümünə isə Zəngilandan start verilib. Payız mövsümündə də ağacların əkilməsi nəzərdə tutulub".

Aytən Zəhra
AzVision.az


Teqlər: Cəbrayıl  





Xəbər lenti