İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi
  25 Mart 2014    Oxunub:963
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Əbdül Həmidi təbrik edib.
Dövlət başçısının təbrik məktubunda deyilir: "Hörmətli cənab Prezident, Banqladeşin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Banqladeş əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Banqladeş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".


Teqlər:  





Xəbər lenti