İtkin düşən daha bir hərbçimizin nəşi tapılıb

   İtkin düşən daha bir hərbçimizin nəşi tapılıb
  13 Oktyabr 2021    Oxunub:753
Vətən Müharibəsində itkin düşən və axtarışları davam edən yeddi hərbçidən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.

Azvision.az xəbər verir ki, bu barədə APA-ya onun qardaşı Vüqar Əliyev məlumat verib.
O bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq.

Qeyd edək ki, şəhid hərbi qulluqçumuz Vətən müharibəsi zamanı oktyabrın 6-da Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!



Azvision.az



Teqlər:





Xəbər lenti