Bakıda mənzildə 78 yaşlı qadının meyiti tapılıb

Bakıda mənzildə 78 yaşlı qadının meyiti tapılıb
  13 Oktyabr 2021    Oxunub:789
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1943-cü il təvəllüdlü Aminova Zoya Stepanovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər:





Xəbər lenti