Avropadakı qaz böhranı Azərbaycanın uzaqgörənliyini təsdiqlədi – TƏHLİL

   Avropadakı qaz böhranı Azərbaycanın uzaqgörənliyini təsdiqlədi –    TƏHLİL
  12 Oktyabr 2021    Oxunub:1872
Avropada qazın qiyməti ilin əvvəlindən bəri artır. Bu artım özünü hər ay göstərib. Nəticədə rekord səviyyə əldə edilib. İl başlanandan 1000 kubmetr mavi yanacağın qiyməti 5 dəfədən çox bahalaşaraq, hazırda 1100 ABŞ dollarından yuxarıdadır. İlk rekord səviyyə isə avqustun 30-da 600 ABŞ dolarını keçməklə əldə olunmuşdu.
Bahalaşmanın səbəbləri məlumdur: Ehtiyatların tükənməsi (söhbət istehlak üçün nəzərdə tutulan anbarlardakı hazır məhsuldan gedir), pandemiyadan sonra həyatın bütün sahələrində normal rejimin bərpa olması və hərəkətliliyin artması, ölkələrin iqtisadiyyatlarının ardıcıl olaraq "süni nəfəs aparatından" ayrılması, bütün növ iqtisadi fəaliyyətlərin "ölü nöqtədən" çıxması, sözün qısası, tələbatın spontan şəkildə artması və təklifin birdən-birə buna hazır olmaması.

Lakin, bunlar "suyun üzərində" görünənlərdir. Əslində isə, Avropanın enerji böhranı ilə üzləşəcəyi hələ illər öncədən proqnozlaşdırılırdı. “Qoca qitə” nahaqdan qaz idxalı sarıdan diversifikasiya üçün çalışmırdı. Ancaq təəssüf, qitənin subyektiv siyasi yanaşmalarına görəmi deyim, yoxsa iqtisadi uzaqgörənliyinin olmaması ucbatındanmı sözügedən məsələ vaxtında həllini tapmadı. Buna dair fikrimin məğzi yazının sonunda aydın olacaq.


Müəllifin əvvəlki yazıları:
Əhalinin gəlirləri artırılmalıdır: İmkan da var, zərurət də - TƏHLİL
İnflyasiya necə cilovlanmalıdır, yaxud uçot dərəcəsi niyə “işləmir” – TƏHLİL
Şəriksiz çörək: Bu məhsulun qiymətini sərbəst buraxmaq haqqında düşünmək vaxtıdır – TƏHLİL
Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL
Naxçıvan “iqtisadi möcüzə”sini necə yaradır – TƏHLİL
Xarici ticarətdəki müsbət saldoya aldanmamalıyıq – TƏHLİL
Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL

İndi qazın qiymətinə görə bütün Avropa iqtisadiyyatı az qala çökmək təhlükəsi altındadır. Digər tərəfdən, neftin dünya bazar qiymətləri də yüksəlir. Düzdür, bunda da vaksinləşdirmə prosesinin artıq nəticələrini göstərməsi və buna müvafiq olaraq, məhdudiyyətlərin aradan götürülməsi, iqtisadiyyatda bərpa proseslərinin getdikcə sürətlənməsi və s. kimi amillərin rolu var. Nəticədə bayaq dediyim kimi, tələbat artır. Söhbət bütün sahələrdə olan tələbatdan gedir. Çünki hasilat azaldılmışdı, istehsal dayanmışdı, xidmət məhdudlaşdırılmışdı və sair... Odur ki, hazırda sürətlə artmaqda olan tələbatı təklif qarşılaya bilmir. Ancaq, ABŞ valyutasının bahalaşmasının və Avropadakı qaz böhranının da bunda təsiri var.

Bütün bu deyilənlər fonunda ölkəmiz üçün mövcud vəziyyət həm əlverişlidir, həm də müəyyən istiqamətlər üzrə qeyri-əlverişli. Əlverişlidir ona görə ki, neftin və qazın bahalaşması gəlirlərimizi artırır. Bu ilin yanvar-avqust aylarında Azərbaycan 8 milyard 498 milyon dollar dəyərində xam neft ixrac edib. Büdcədə neftin qiymətini isə 40 dollardan götürmüşük, dünya bazarlarında həmin rəqəm isə 80 dolları keçib. Yəni təkcə xam neftdən 200 faiz həddində gəlir götürürük.

Qeyri-əlverişli olması isə bununla bağlıdır ki, xam neftin bahalaşması hər şeyin qiymətini yüksəldir. Ərzaq və digər məhsullar da bahalaşır ki, bu da bizə təsir edir və inflyasiya “idxal edir” - daxildə istehsalı zəiflədir, onun genişlənməsinin qarşısını alaraq, boğur.

Bununla belə, Avropadakı qaz böhranı Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsinin nə qədər uzaqgörən bir layihə olduğunu, ölkəmizin onu reallaşdırmaq üçün çəkdiyi bütün əziyyətlərin nə qədər səmərəli olduğunu bir daha sübuta yetirir. Xatırladım ki, həmin layihə maliyyə baxımından uğursuz, ona çəkilən xərclər isə səmərəsiz hesab edilirdi. Eynilə Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri, Bakı-Tiflis-Qars dəmiryol xətti kimi... Halbuki hər üç layihə ilk gündən özünü artıqlaması ilə doğrultmaqla yanaşı, bu gün aid olduqları istiqamətlər üzrə çox mühüm və vacib əhəmiyyətli obyektlər sayılırlar. İndi də eyni nüans Cənub Qaz Dəhlizi üzrə özünü büruzə verir.

Avropa Birliyi əgər bu layihəyə vaxtında maliyyə dəstəyi göstərsəydi, indi qaz sarıdan bu qədər əziyyət çəkməzdi. Real vəziyyət bu mənada, Avropa üçün Azərbaycanın əhəmiyyətini daha da artırır.
Yeri gəlmişkən, oktyabrın əvvəlində Avropanın anbarlarındakı hazır qaz ehtiyatları cəmi 70 faiz təşkil edir. Soyuqlar isə qapını kəsdirib. Odur ki, qaz böhranının bütün dünyaya yayılma ehtimalı var.


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

Pul bazasının artması nəyi göstərir? - TƏHLİL
Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb- TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL



Teqlər: Qaz   Avropa   Qaz-böhranı  





Xəbər lenti