Gözəlləşən Gəncə - FOTOSESSİYA

Gözəlləşən Gəncə - FOTOSESSİYA
  01 Aprel 2013    Oxunub:7741
Gəncdə quruculuq işləri genişlənməkdədir. Şəhərin Nizami prospekti ilə Aeroport istiqamətində 2,5 km məsafədə mövcud avtomobil yolu genişləndirilib, 50-yə yaxın fərdi yaşayış evi sahiblərinin istəklərinə uyğun inşa edilir və bu il tam hazır vəziyyətdə onların istifadəsinə veriləcək.
Ə.Məmmədov küçəsində aparılan yenidənqurma və abadlıq işləri ilə əlaqədar olaraq 15 obyektdə tikililərin fasadına üzlük vurulub, səkilərə tamet döşənib, 436 kv metr divar hörgüsü aparılıb və yol genişləndirilib. Ş.İ.Xətai prospekti ilə Üz.Hacıbəyov küçəsinin kəsişməsindən 3 km-ə yaxın məsafədə avtomobil yolu 25 metr, hətta bəzi yerlərdə 30 metr olmaqla genişləndirilib. Ü.Hacıbəyov, M.Xələfov, V.Xuluflu, Q.Hüseynli və digər küçələrdə yolların genişləndirilməsi işləri aparılır, yolkənarı tikililər abadlaşdırılır və yenidən qurulur. Müasir işıqlandırma sistemləri quraşdırılır. İctimai binaların həyətləri abadlaşdırılır. Yolun istifadəyə verilməsi ilə bu istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə şərait yaradılır.
Atatürk prospektinin M.A.Abbaszadə küçəsi ilə kəsişməsindən Nizami prospekti ilə kəsişməsinə kimi olan ərazidə 8 çoxmənzilli binanın fasadlarının klassik memarlıq üslubunda, dam örtüklərinin mansard formasında yenidən qurulması işləri tamamlanmaq üzrədir. Ötən il ərzində Ş.İ.Xətai, Heydər Əliyev prospektlərində, Əttarlar, Təbriz, M.A.Abbaszadə, Bayan və digər küçələrdə 730 ədəd yeni işıqlandırma sistemi quraşdırılıb, həmçinin Məhsəti, Natəvan, Şıxzamanlı qəsəbələrində 30 işıqlandırıcı dayaq yenisi ilə əvəzlənib.
Şəhərdə yaşıllıqların salınması, mühafizəsi, yeni ağacların əkilməsi və onlara qulluq göstərilməsi daim diqqət mərkəzindədir.
Görülən işlərin demək olar ki, hamısı yerli mühəndislər, ustalar, fəhlələr tərəfindən aparılır və bu obyektlərdə 800-ə yaxın işçi çalışır.
Şəhərlə yanaşı, qəsəbələrin abadlaşdırılması, yol infrastrukturunun inkişafı istiqamətində də işlər görülür.

Qalereya




Teqlər:  





Xəbər lenti