“İşdə məhəbbət macərası” filminin aktrisası vəfat edib

  11 Oktyabr 2021    Oxunub :315
“İşdə məhəbbət macərası” filminin aktrisası vəfat edib
Məşhur sovet və rus aktrisası Lyudmila Kupina 77 yaşında vəfat edib.
Azvision.az RİA “Novosti”yə istinadən xəbər verir ki, sentyabrın sonunda özünü pis hiss edən aktrisa xəstəxanaya yerləşdirilib. Analizlərdən sonra onda koronavirus infeksiyası aşkarlanıb.

Sənətçinin vəziyyəti sürətlə pisləşdiyi üçün ağciyər zədələnməsi diaqnozu ilə reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin müdaxiləsinə baxmayaraq oktyabrın 9-da vəfat edib.

Qeyd edək ki, bir çox filmlərdə rol alan aktrisaya şöhrəti “İşdə məhəbbət macərası” filmi gətirib.

Azvision.az

Teqlər: Film   Aktrisa  







Xəbər lenti