Mahir Emrelinin 3-cü testinin cavabı bilindi

Mahir Emrelinin 3-cü testinin cavabı bilindi
  12 Oktyabr 2021    Oxunub:1488
Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emrelidən koronavirusla bağlı götürülmüş üçüncü testinin cavabı mənfi çıxıb.
Bu barədə futbolçunun anası Elnurə Emreli məlumat verib.

Qeyd edək ki, AFFA Mahir Emrelinin Serbiyaya qarşı DÇ-2022-nin seçmə oyunundan əvvəl ilk testinin müsbət çıxdığını və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxacağını açıqlayıb. Varşava təmsilçisinin Mətbuat xidmətinin rəhbəri İzabela Kruq ikinci testin mənfi olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, bu gün Belqraddakı "Rayko Mitiç" stadionunda keçiriləcək Azərbaycan - Serbiya oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Azvision.az


Teqlər: Əmrəli  





Xəbər lenti