Rusiyada virusdan ölənlərin sayı 199 minə yaxınlaşıb

  20 Sentyabr 2021    Oxunub :380
Rusiyada virusdan ölənlərin sayı 199 minə yaxınlaşıb
Rusiyada son sutka ərzində daha 19 744 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “RİA Novosti”yə istinadən bildirir ki, ölkədə COVID-19-a yoluxanların sayı 7 294 672 nəfərə çatıb.

Ötən gün Rusiyada 778 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 198 996 nəfərə çatıb. İndiyədək 6 510 674 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Virus  







Xəbər lenti