Türkiyə və Azərbaycan qırıcıları salamlama uçuşu keçirib - YENİLƏNİB

  20 Sentyabr 2021    Oxunub :631
 Türkiyə və Azərbaycan qırıcıları salamlama uçuşu keçirib -  YENİLƏNİB
Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar İstanbul boğazı üzərində salamlama uçuşu həyata keçirib.
Azvision.az xəbər verir ki, uçuşda 15 təyyarə iştirak edib.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16, F-4 və Azərbaycan Hərbi Hava Qüvvələrinə aid MİQ-29 təyyarələri uçuşda iştirak edib.

“Teknofest” texnologiya festivalı 21-26 sentyabr tarixlərində keçiriləcək.

***

Bu gün Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Bosfor boğazı üzərində salamlama uçuşu həyata keçirəcəklər.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Mİlli Müdafiə Nazirliyi məlumat yayıb.

"Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin 21-26 sentyabr tarixlərində İstanbulda keçiriləcək TEKNOFEST-dən əvvəl Bosfor səmasında salamlama uçuşu olacaq. Uçuş bu gün saat 11:00-11:30 arasında reallaşacaq", - məlumatda deyilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan   Türkiyə  







Xəbər lenti