Universitetə silahlı basqında ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB + VİDEO

  20 Sentyabr 2021    Oxunub :747
 Universitetə silahlı basqında ölənlərin sayı 8-ə çatıb -  YENİLƏNİB + VİDEO
Rusiyada Perm Dövlət Universitetinə edilən silahlı hücumda ölənlərin sayı artıb.
Azvision.az Rusiya mediasına istinadən xəbər verir ki, silahlı hücum nəticəsində 8 nəfər ölüb, 14 nəfər yaralanıb

Hücumda şübhəli bilinən şəxs saxlanılıb. Rusiya İstintaq Komitəsi bildirib ki, cinayətkar saxlanılan zaman silahlı müqavimət göstərib. Hüquq-mühafizə orqanlarının gördüyü cavab tədbirləri nəticəsində hücum edən şəxs yaralanıb.

***11:40***

Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur. Azvision.az Rusiya mediasına istinadən xəbər verir ki, silahlı hücum nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb. Artıq hüquq-mühafizə orqanları terrorçunu saxlayıb.

Saxlanılan şəxs ilkin ifadəsində bu hücumu uşaqlıqdan planlaşdırdığını deyib. Rusiya İstintaq Komitəsinin məlumatına görə, odlu silahdan atəş açan şəxs adıçəkilən ali məktəbin tələbəsi olub.



***11:33***

Perm Dövlət Universitetində naməlum şəxs odlu silahdan atəş açıb. Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, universitetin tələbə və müəllimlərinin bir hissəsi sinif otaqlarına qapanıb. Sosial şəbəkələrdəki kadrlara görə bir neçə nəfər pəncərədən tullanaraq gizlənməyə çalışıb. Universitetdən dörd zərərçəkənin olduğu bildirilib.

Daxili İşlər Nazirliyi ölən və yaralıların olduğunu açıqlayıb. Təcavüzkar saxlanılıb, şəxsiyyəti müəyyən edilib, həmin şəxs tələbədir. Perm prokuroru Pavel Buxtoyarov hadisə yerinə gəlib.

Azvision.az

Teqlər:







Xəbər lenti