"Mediamızda iranlılara qarşı etiraz dalğası hiss olunur"- Erməni politoloq

  20 Sentyabr 2021    Oxunub :431
"Mediamızda iranlılara qarşı etiraz dalğası hiss olunur"-   Erməni politoloq
“Ermənistanda informasiya təhlükəsizliyi sıfıra endirilib. Dövlətimiz yoxdur". Azvision.az xəbər verir ki, bu barədə politoloq Stepan Danielyan mediaya verdiyi açıqlamada bildirib.
Son günlər Ermənistanda kütləvi şəkildə peydə olan iranlılarla bağlı məsələyə reaksiya verən erməni politoloq iddia edib ki, Azərbaycan artıq yerli mediaya da təsir etmək gücünə malikdir.

"Qarabağda işsizliyə baxmayaraq, bura iranlı fəhlələr daşınır" - Erməni mətbuatı
"Belə bir şaiyələr yayılıb ki, iranlılar Qarabağda (Daşbulaq kəndində-red.) tikinti işləri aparırlar və mediada onlara qarşı etiraz dalğası da müşahidə olunur. Görünür erməni mətbuatının bir hissəsi Azərbaycanın nəzarətindədir.

Qarabağda (Ermənilərin yaşadıqları ərazilərdə-red.) kifayət qədər inşaatçı yoxdur və iranlıların bu işdə iştirak etməsi çox yaxşı haldır. Yeri gəlmişkən, iranlılar çox yaxşı inşaatçılardılar. Onların əla mühəndisləri olur".

Qeyd edək ki, Ermənistan mətbuatı sülhməramlıların nəzarətində olan bəzi ərazilərə iranlı fəhlələrin daşınması haqqında məlumat yayıb. "Hraparak" nəşri Əsgəranın "Astxaşen"(Daşbulaq kəndi-red.) ərazisində aparılan tikinti işlərinə İran pasportu olan insanlar cəlb edildiyini yazıb.

Tural Tağıyev
Azvision.az

Teqlər:   Ermənistan   İranlı  







Xəbər lenti