"Kapital Bank" Gəncədə "Açıq kitabxana"lar quraşdırıb

  15 Sentyabr 2021    Oxunub :400
"Kapital Bank" Gəncədə "Açıq kitabxana"lar quraşdırıb
“Kapital Bank” korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, 15 sentyabr – Bilik günü ərəfəsində Gəncə şəhərində növbəti sosial aksiyanı həyata keçirib.
Bankdan Azvision.az -a verilən məlumata görə, aksiya çərçivəsində Gəncə şəhəri Heydər Əliyev Park-Kompleksində və Xan Bağında açıq kitabxana quraşdırıb. Qeyd olunan açıq kitabxanalardan hər bir insan sərbəst şəkildə yararlana, zövqünə uyğun kitabı ödənişsiz götürə bilər. Həmçinin, təşəbbüsə dəstək göstərmək istəyən şəxslərin istənilən mövzuda kitabları digərlərinin faydalanması üçün kitabxanalara bağışlamaq imkanı var.

Açılış mərasimində rəflərdə olan kitablar “Kapital Bank”ın əməkdaşları və “Qırmızı Ürəklər” xeyriyyə fondunun könüllüləri tərəfindən hədiyyə edilib. Kitablar arasında həm bədii, həm də peşəkar ədəbiyyata rast gəlmək olar. Kitabxanada Azərbaycan, türk, rus və ingilis dilində kitablar mövcuddur. Tədbir Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə Dövlət Dram teatrının dəstəyi ilə keçirilib.

Qeyd edə ki, 2021-ci il ölkə başçısı tərəfindən “Nizami ili” elan olunub. Həmçinin, bu il dahi mütəfəkkirin 880 illik yubileyi qeyd olunur. Tədbirin Gəncədə təşkil olunması 2021-ci il üçün nəzərdə tutulan tədbirlərə töhfə vermək məqsədini daşıyır.

Azvision.az

Teqlər: Kapital-Bank  







Xəbər lenti