Müdafiə naziri Türkiyəyə gedib

   Müdafiə naziri Türkiyəyə gedib
  14 Sentyabr 2021    Oxunub:818
Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə yola düşüb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirakı planlaşdırılır.

Azvision.az


Teqlər: Zakir-Həsənov   Türkiyə  





Xəbər lenti