Pentaqon sirli "enerji silahı" yaradıb

Pentaqon sirli "enerji silahı" yaradıb
  14 Sentyabr 2021    Oxunub:781
ABŞ ordusunda yeni qeyri-adi silah sistemi tətbiq olunacaq. ABŞ Baş Qərargah Rəisinin müavini, general Con Hayten bildirib ki, Pentaqon enerjini yönləndirə bilən xüsusi silahların hazırlanaraq, istifadə etməyə çox yaxındır.
General bu perspektivli yeniliyin böyük potensiala malik olduğunu izah edib. "Texnologiya əhəmiyyətli dərəcədə inkişaf edib və biz artıq buna çox yaxınıq",- Hayten açıqlamasında deyib.
O, idarə olunan enerji silahının ballistik və qanadlı raketləri məhv edə biləcəyini də söyləyib. Bu yenilik gələcəkdə hərb sahəsindəki mövcud vəziyyəti dəyişəcək.

Tural Tağıyev
Azvision.az



Teqlər: ABŞ   Silah  





Xəbər lenti