Azərbaycan polisi Qarabağa gedən İran maşınlarını yoxlamağa başlayıb

  12 Sentyabr 2021    Oxunub :3451
Azərbaycan polisi  Qarabağa gedən İran maşınlarını  yoxlamağa başlayıb
Azərbaycan polisi bu gün saat 12:00-dan etibarən sənədləri və yükləri yoxlamaq üçün Gorus-Qafan yolu ilə hərəkət edən İrana məxsus yük maşınlarını saxlayıb. Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Azərbaycan Qarabağa daşınan yüklərə görə Rusiyaya etiraz etdi
Bildirilib ki, yoxlamalar Gorus- Qafan avtomobil yolunun Eyvazlı hissəsində aparılır.

Qeyd edək ki, İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər yayılıb. Bu, rəsmi Bakının ciddi narahatlığına səbəb olub və sözügedən məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər:   Qarabağ   İran  






Xəbər lenti