Ukrayna hərbiçilərinə 1 saat vaxt verildi

Ukrayna hərbiçilərinə 1 saat vaxt verildi
  18 Mart 2014    Oxunub:890
Ukrayna Hərbi Donanmasına aid olan 191 nömrəli hərbi hissə Rusiya tərəfindən mühasirəyə alınıb.

Bu barədə informasiya "Krım SOS" Feysbuk səhifəsində yayılıb.

Sevastopol şəhərində yerləşən hərbi hissənin nəzarət buraxılış məntəqələri ələ keçirilib. Ukraynalılara silahlarını təhvil vermək üçün bir saat vaxt verilib.

S. Həsənova



Teqlər:  





Xəbər lenti