Türkiyə Avropa İttifaqına üzv olacaq

Türkiyə Avropa İttifaqına üzv olacaq
  30 Mart 2013    Oxunub:1516
Məsələni müzakirə etmək üçün Avropa Birliyinin Təhlükəsizlik və xarici əlaqələr üzrə ali komissarı Ketrin Eşton yenidən Türkiyəyə səfər edəcək.
Gələn həftəyə nəzərdə tutulan səfərdə baronessanın xarici işlər naziri Əhməd Davudoğlu ilə bir araya gələcəyi gözlənilir. Tərəflərin bir sıra vacib məsələləri müzakirə edəcəklər.

Başlıca olaraq Ankaranın Avropa Birliyinə üzvlük məsələsinə baxılacaq. Eştonun bu dəfə Türkiyənin üzvlüyü ilə bağlı Ankaranı rahatladacaq açıqlamalarla çıxış edəcəyi gözlənilir.

Həmçinin İranın nüvə proqramları, Suriyadakı vəziyyət və Kiprin düşdüyü çətin iqtisadi durum da müzakirə mövzusu olacaq. Eştonun prezident Abdullah Güll və baş nazir Rəcəb Tayyib Ərdoğanla da görüşəcəyi bildirilir.


Teqlər:





Xəbər lenti