Burkina-Fasoda silahlılar 30 nəfəri qətlə yetirib

Burkina-Fasoda silahlılar 30 nəfəri qətlə yetirib
  05 Avqust 2021    Oxunub:1299
Burkina-Fasonun şimalında 30-dan çox insan qətlə yetirilib. Hadisəni ölkədə fəaliyyət göstərən terror qruplarından birinin silahlıları törədib.
Azvision.az xəbər verir ki, bu barədə “Agence France-Presse” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

"Bir qrup silahlı şəxs avqustun 4-də axşam saatlarında ölkənin şimalındakı kəndlərə hücumlar edərək 10-dan çox mülki şəxsi öldürüb. Həmçinin, insanlara köməyə gələn 15 hərbçi və 4 milis də qətlə yetirilib. Qarşıdurmada 10-dan çox yaraqlı öldürülüb", - məlumatda deyilir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Burkina-Faso   Hücum  





Xəbər lenti