"Qaxda baş verən təcavüz hadisəsi araşdırılıb" - Dövlət Komitəsi

  05 Avqust 2021    Oxunub :651
"Qaxda baş verən təcavüz hadisəsi araşdırılıb" -    Dövlət Komitəsi
Qaxda baş vermiş təcavüz hadisəsi ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları müvafiq araşdırma aparıblar.
Bu barədə Azvision.az -a Komitədən məlumat verilib.

Qeyd edilib ki, Qax Rayon İcra Hakimiyyətindən və rayon polis idarəsindən verilən məlumata görə, avqustun 2-də Qaxın Turaclı kəndində yaşayan 55 yaşlı tək qadın qonşusu, 50 yaşlı şəxs tərəfindən təcavüzə məruz qalıb. Zərərçəkmiş əvvəl xəstəxanaya yerləşdirilsə də hazırda vəziyyəti normaldır və artıq öz evindədir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə hüquq mühafizə orqanları tərəfindən həbs olunub və müvafiq istintaq hərəkətləri həyata keçirilir.

Qeyd edək ki, o, bu hərəkəti spirtli içkinin təsiri ilə törətdiyini bildirib.

Dövlət Komitəsinin Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi isə zərərçəkənə psixo-sosial yardım göstərəcək.

Azvision.az


Teqlər: Qax  







Xəbər lenti