“Metro”da böyük köç - FOTOLAR

“Metro”da böyük köç - FOTOLAR
  17 Mart 2014    Oxunub:1348
Dünən axşam saatlarından başlayaraq bəzi metro keçidlərində yerləşən ticarət köşklərinin söküntüsünə başlanılıb.

AzVision.az-ın məlumatına görə, artıq «Koroğlu”, “Neftçilər”, “Qara Qarayev”, “Nəriman Nərimanov”, “Sahil” stansiyalarında ticarət fəaliyyəti dayandırılıb.

Mağaza sahiblərinə martın 27-nə qədər vaxt verilsə də, Metropoliten işçiləri axşam təmizləmə əməliyyatına start veriblər.

Hətta metronın Nəriman Nərimanov stansiyasında sahibkarlarla Metropoliten rəsmiləri arasında mübahisə yaranıb.

Onlar yeni rəhbərlikdən verdikləri icarə haqqını geri istəyiblər. Lakin, rəhbərlik onlara nə pul verildiyini, nə də icara haqlarını gei qaytarmaq fikrində olduğunu satıcıların nəzərinə çatdırıb.



Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sərəncamına əsasən, Bakı Metropolitenində yerləşən bütün ticarət obyektləri söküləcək. Martın 28-nə qədər Bakı Metropoliteninin bütün stansiyalarının giriş-çıxışlarında olan obyektlərin sökülməsi planlaşdırılır.



BŞİH rəhbərliyinin Metropoliten ərazisində fəaliyyət göstərən obyekt sahibləri ilə əldə etdiyi razılığa əsasən, sahibkarların işlə təmin edilmələri və digər ticarət obyektlərinə köçürülmələri üçün təkliflər edilib. Sahibkarlara Yeni Günəşli qəsəbəsindəki ticarət mərkəzlərində, “Keşlə”, “Yaşıl” və “Şərq” bazarlarında yer təklif olunur. Bu təkliflə razılaşacaq sahibkarlardan 3 ay müddətində dövlət rüsumu alınmayacaq.



Məlumat üçün bildirək ki, Bakı Metropolitenində 1194 ticarət obyektinin sökülməsi planlaşdırılır.



Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti