Həmsədrlərin həmnarahatlığı: Sərhəd gərginliyilə bağlı bəyanat yaydılar

 Həmsədrlərin həmnarahatlığı:  Sərhəd gərginliyilə bağlı bəyanat yaydılar
  29 İyul 2021    Oxunub:1866
ATƏT-in Minsk Qrupu Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.

Azvision.az xəbər verir ki, bəyanat ATƏT-in rəsmi saytında yer alıb.
Bəyanatda bildirilir ki, həmsədrlər (Fransa -Stefani Viskonti, ABŞ-Endryu Şofer, Rusiya-İqor Kovayev) Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələri, o cümlədən itkilər və insan tələfatı ilə bağlı məlumatları narahatlıqla izləyir. Həmsədrlər Ermənistanı və Azərbaycanı vəziyyətin dərhal deeskalasiyasına, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə və 9 Noyabr bəyanatı, eləcə də digər razılaşdırılmış atəşkəs sazişləri çərçivəsində götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırır.

Bəyanatda həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin və onun komandasının davamlı səylərini dəstəklədiklərini bir daha təsdiqləyirlər.

Azvision.az


Teqlər: ATƏT   Minskqrupu  





Xəbər lenti