“Tokio-2020” : Daha 16 nəfər virusa yoluxub

   “Tokio-2020”   : Daha 16 nəfər virusa yoluxub
  28 İyul 2021    Oxunub:730
Yaponiyada son sutka ərzində “Tokio-2020” ilə əlaqəli şəxslər arasında koronavirusa daha 16 yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə iyulun 28-də Oyunların təşkilat komitəsinin saytında yerləşdirilmiş hesabatda bildirilib. Yeni yoluxanlar arasında idmançıların olmadığı xüsusi qeyd edilib.

Beləliklə, “Tokio-2020” ilə əlaqəli şəxslər arasında ümumi yoluxma sayı 170 nəfəri ötüb. Bu günədək Olimpiadada ümumilikdə 240 mindən çox test götürüldüyü də qeyd olunub.

Xatırladaq ki, Yaponiya paytaxtında epidemioloji vəziyyət ağır olduğuna görə Tokio prefekturasında iyulun 12-dən avqustun 22-dək fövqəladə vəziyyət rejimi elan edilib. Buna görə də Yaponiya paytaxtında və daha beş prefekturada Oyunlara tamaşaçı buraxılmır.

Azvision.az


Teqlər: Tokio  





Xəbər lenti